Əsas məzmuna keç
  1. Ana səhifə
  2. Resurslar
  3. Bloq
  4. Xəbərlər
Xəbərlər · 2023-07-01

Yoxsul ölkələr üçün “İçməli kitab”

Yoxsul ölkələr üçün “İçməli kitab” Bir çox üçüncü dünya ölkələri bu günədək təmiz içməli su qıtlığından əziyyət çəkirlər. Bu problemin həlli üçün Amerika universitetlərinin alimləri Drinkable Book, yəni "İçməli kitab"…

Yoxsul ölkələr üçün “İçməli kitab”

Yoxsul ölkələr üçün “İçməli kitab”

    Bir çox üçüncü dünya ölkələri bu günədək təmiz içməli su qıtlığından əziyyət çəkirlər. Bu problemin həlli üçün Amerika universitetlərinin alimləri Drinkable Book, yəni "İçməli kitab" adlanan orijinal su təmizləmə sistemini işləyib hazırlayıblar.

Bu sistemdə filtr qismində kitabın hər 20 səhifəsindən biri çıxış edir. Bu filtr yatalaq və ya vəba kimi müxtəlif yoluxucu xəstəlikləri tutub saxlayır. Filtrdə zərəri bakteriyaların 99,9%-ni öldürən 1-100 nm ölçüdə gümüş mikrocisimlər mövcuddur.

Adi kitablardan fərqli olaraq, bu kitabın səhifələri cırılmaq üçün nəzərdə tutulub. Çırılmış səhifə həmçinin kitabın qablaşdırması olan xüsusi konteynerə yerləşdirilir və su həmin kağızın içindən axıb keçərək konteynerə süzülür.

İçməli kitabın hər nə də olsa, kitab oluğunu nəzərə alaraq, onu oxumaq da mümkündür. Kitabın hər səhifəsində xəstəlik törədən bakteriya, su və suyun filtrasiya zərurəti haqqında maraqlı və faydalı məlumatları əldə etmək olar. Çünki üçüncü dünya ölkələrində təmizlənməmiş suyun istifadəsinin təhlükəsi haqqında bilən çox azdır.

Əlaqəli yazılar

Bu mövzu sizin biznesinizə aiddirsə

Pulsuz konsultasiya alın.