Əsas məzmuna keç
  1. Ana səhifə
  2. Xidmətlərimiz

Xidmətlərimiz

Aqualink şirkəti idarəetmədə beynəlxalq keyfiyyət siyasətini tətbiq etməklə şirkət daxili və şirkət xarici xidmətlərinin yüksək səviyyədə tətbiqini həyata keçirir. Şirkətimiz İSO 9001:2015, ISO 14001: 2015 sertifikatlarına malikdir. Aqualink şirkəti su və çirkab (tullantı) su təmizləmə, su sistemlərinin layihələndirilməsi, kimyəvi maddələrin təchizatı, eləcə də su sistemlərinin kimyəvi yuyulması (təmizləməsi) sahəsində xidmətlər təklif edir. Aqualink Azərbaycan şirkəti, bu sahədə kompleks həllər təklif edir. Sistemlərimiz ixtisaslaşmış mühəndis və texniki işçi heyəti tərəfindən layihələndirərək quraşdırılır. Montaj və İşə-salma mərhələlərindən sonra Aqualink Azərbaycan Şirkəti mütəxəssis heyəti bu sistemlərin istismarı haqqında bütün təlimləri tədris edərək, sistemin ən optimal səviyyədə istifadə edilməsini təmin edir və satış sonrası xidmət fəaliyətlərini həyata keçirir. Bütün məhsul və xidmətlərin keyfiyyətinə tam zəmanət verilir, bununla yanaşı satış sonrası texniki xidmət və beynəlxalq zəmanət təqdim edilərək, müştəri məsuliyyəti istismar zamanı yaranacaq problemlərdən sığortalanır.

Sualınız var?

Bizimlə əlaqə saxlayın.